Zakir Həsənov komandanı ehtiyata göndərdi

Zakir Həsənov komandanı ehtiyata göndərdi
  25 Yanvar 2017    Oxunub:25300
Hərbi Dəniz Qüvvələrinin komandanı 57 yaşlı Hicran Rüstəmzadə müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ehtiyata buraxılıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib. Nazirlik rəsmisi bildirib ki, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.

Qeyd edilib ki, Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti