ABŞ-da 20 nəfər qasırğanın qurbanı oldu

ABŞ-da 20 nəfər qasırğanın qurbanı oldu
  23 Yanvar 2017    Oxunub:1612
ABŞ-ın bəzi ştatlarında tüğyan edən qasırğa, tornado və daşqınlar nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.
AzVision.az `TASS` informasiya agentliyinə istinadla xəbər verir ki, biri uşaq olmaqla 3 nəfər isə itkin düşüb.

Təbii fəlakətin daha çox zərər vurduğu bəzi dairələrdə fövqəladə vəziyyət rejimi elan edilib. Missisipi ştatının bir sıra rayonlarında da analoji rejim tətbiq olunub.

Texas, Alabama, Luiziana və Florida ştatları da əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarına federal yardım ayıracağına vəd verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti