Aqramunt Qarabağdan danışdı: `Vəziyyət təhlükəlidir`
AŞPA sədri ötən ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq, bölgədə vəziyyətin təhlükəli olduğunu, hər an alovlana biləcəyini vurğulayıb: “Münaqişələr müharibə yolu ilə həll edilə bilməz. Bizim bu məsələdə rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir”.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasında Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
AzVision.az