Ermənistan: `Azərbaycanlı əsiri sağ-salamat qaytaracağıq`

Ermənistan: `Azərbaycanlı əsiri sağ-salamat qaytaracağıq`
  21 Avqust 2013    Oxunub:1005
Artsurun Ovannisyan: azərbaycanlı əsir heç bir qeyd-şərtsiz vətəninə geri qaytarılacaq.
“Ermənistan beynəlxalq normalara sadiqdir və azərbaycanlı əsir öz vətəninə qayıdacaq”- Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsurun Ovannisyan belə deyib. O, ölkəmizin sərhədlərini pozaraq əsir düşən Akop İnciqulyanla erməni əsirliyində olan Allahverdi Pələngovun dəyişdirilməsinə də münasibət bildirib və bunun mümkün ola biləcəyini qeyd edib.

“Biz azərbaycanlı əsirin sağ-salamat geri qaytarılması üçün hərbi əsirlərlə bağlı öhtəliklər barəsində müqavilə imzaladığımız müvafiq təşkilatlarla iş aparacağıq”-deyə Ovannisyan qeyd edib.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti