`Tibb işçilərinin hamısı vicdanla xidmət etmir` - Nazir

`Tibb işçilərinin hamısı vicdanla xidmət etmir` - Nazir
  13 Yanvar 2017    Oxunub:3080
“Heç kəsə sir deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Təxminən iki həftə sonra Azərbaycanda yeni farmakoloji zavodun təməli qoyulacaq”.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin kollegiya iclasında deyib

Nazir qeyd edib ki, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edan zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə danışıqlar aparılır: "Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının xalqa vicdanla xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçtla gün ərzində onlarla minnətdarlıq yazıları gəlir”.

Nazir bildirib ki, artıq bir neçə ildir ölkə başçısının tövsiyəsinə uyğun olaraq, dövlət qurumlarının rəhbərləri regionlara gedir, əhali ilə görüşür: "Əgər əvvəllər bölgələrdə qəbula gələnlərin sayı 80-ə çatırdısa, artıq bu rəqəm dəfələlə aşağı düşüb”.

Azərbaycanda epidemioloji sabitliyin qorunmasından danışan O.Şirəliyev bu sahədə gömrük, dövlət sərhəd xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazana bildiklərini deyib: "Bir çox ölkələrdə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmaların olmasına, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti