`Poroşenko yalançı və rüşvətxordur` - Saakaşvili

`Poroşenko yalançı və rüşvətxordur` - Saakaşvili
  13 Yanvar 2017    Oxunub:2313
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonun ünvanına sərt ittihamlar səsləndirib.
AzVision.az-ın məlumatına görə, Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bildirib ki, Poroşenko yalançı və rüşvətxordur. Onun sözlərinə görə, Ukrayna höküməti yüksək vəzifələri məmurlara pulla satır.

Sabiq qubernator qeyd edib ki, Ukrayna prezidenti gömrükdən gələn pulları mənimsəməklə məşğul olur: "O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə saxlayırdı. Mənim rəhbərliyim vaxtımda Poroşenko bu pullardan məhrum olmuşdu”.

Saakaşvilinin fikrincə, Poroşenko Odessa büdcəsini mənimsəyən separatçı Truxanov (Odessanın hazırki meri) və regionun büdcəsini dağıdan Urbanskini dəstəkləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti