Rəsul Quliyevlə bağlı daha bir sənəd qalmaqalı – FOTO

Rəsul Quliyevlə bağlı daha bir sənəd qalmaqalı – FOTO
  21 Avqust 2013    Oxunub:1069
Sosial şəbəkələrdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Milli Şura üzvlərinə müraciəti yayılıb. Quliyev müraciətində Milli Şuranın son iclasından və alternativ vahid namizədin seçilməsi qərarından razı qalmadığını bildirib. O, Milli Şuranı indiki hala düşməsinin və ikinci namizəd seçmək məcburiyyətinin günahını Müsavat Partiyasının başqanı İsa Qəmbərdə görüb.

“Özünü Müsavat başqanı adlandıran İsa Qəmbər müsavatçıların da fikirlərinə zidd gedərək öz namizədliyinin davasını aparır. İsa Qəmbər əlində olan bütün imkanlardan istifadə edir ki, dünyada tanınan kinorejissorumuz Rüstəm İbrahimbəyovun vahid namizəd kimi imicini zədələsin” - deyə müraciətdə bildirilir.

İbrahimbəyovun sənədləri ilə bağlı problemlərini həll edəcəyinə inandığını yazan R.Quliyev R.İbrahimbəyovun vahid namizəd olmayacağı təqdirdə Əli Kərimli, İsa Qəmbər, Gültəkin Hacıbəyli, Eldar Namazov və ya başqasını dəstəkləməyəcəyini bildirib. O, Milli Şura üzvlərinə məsləhət görüb ki, İbrahimbəyov vahid namizəd ola bilməsə, onun namizədliyini dəstəkləsinlər: “Yaranmış bu ağır stuasiyadan müxalifəti, demokratik qüvvələri ancaq mən xilas edə bilərəm. Buna həm zəngin siyasi təcrübəm var, həm də başqalarından fərqli olaraq xalqdan, böyük dövlətlərdən dəstəyim”.

Sonda Rəsul Quliyev vahid namizəd olacağı halda bütün məsuliyyəti öz üzərinə götürəcəyini elan edib.
Bu müraciət Açıq Cəmiyyət Partiyasının blankında yazılsa da, partiya rəhbərliyi mediaya verdiyi açıqlamalarda Quliyevin belə bir müraciət yaydığını təkzib edib. Rəsul Quliyev özü də Facebook səhifəsində bildirib ki, bu sənədi o yazmayıb: “Milli Şuranın 19 avqust iclası ilə əlaqədar fikirlərimi facebook səhifəmdə yazmışam və minlərlə insan tanış olub. Orada adları keçənlərin adlarını son 20 gündə bir dəfə də çəkməmişəm. O cümlədən İsa Qəmbərin. Oktyabr ayının 10-na qədər heç vaxt, heç bir adı hallandırmaq fikrində də deyiləm. Özünüzə əziyyət verməyin, gedin işinizlə məşğul olun. Ancaq bir daha qeyd etmək istəyirəm ki, mən heç bir gücü olmayan, camaatın tanımadığı ehtiyat variantın əleyhinəyəm, çünki bu cüzi ümidlərində üzərindən xətt çəkir. Fikrimcə, Rüstəm İbrahimbəyovun təklifi ideal variantdır. Bu gün nisbətən potensialı olan İsa Qəmbər, Əli Kərimli, Lalə Hacıyeva, Mirmahmud Fəttayev, Eldar Namazov, Sülhəddin Əkbər öz istəkləri və partiyalarının qərarları əsasında namizədliklərini irəli sürə bilərlər. Əgər Rüstəm İbrahimbəyovun qarşısında bizim keçə bilməyəcəyimiz sədd qoyulsa, (düşünürəm ki, belə bir sədd qoyula bilməyəcək) Milli Şura qeydiyyatdan keçmiş bu şəxslərin birini vahid namizəd kimi qəbul edə bilər. Ancaq bu, ümidin itrilməməsi deməkdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti