İranda azərbaycanlı deputatlara jest

İranda azərbaycanlı deputatlara jest
  12 Yanvar 2017    Oxunub:2893
“İran İslam Respublikasının keçmiş Prezidenti Haşimi Rəfsancaninin yas mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin İslam Məsləhət Şurasının (parlamentinin) iclasında iştirak ediblər. İran parlamentinin üzvləri Azərbaycan nümayəndə heyətinin iclasda iştirakı xəbərini ayağa qalxaraq alqışlarla qarşılayıblar”.

AzVision.az-ın məlumatına görə, bu barədə nümayəndə heyətinin tərkibində İrana səfər edən Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadə bildirib.

O, qeyd edib ki, nümayəndə heyəti İranın Ali Rəhbəri Əli Hüseyni Xomeneinin təşkil etdiyi dövlət yas mərasimində iştirak ediblər və baş sağlığı veriblər.

A.Mirzəzadə həmçinin deyib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb və Azərbaycan dövlətinin başsağlığını İran dövlətinə çatdırıb.

Qeyd edək ki, yanvar ayının 11-də Azərbaycan Respublikasının dövlət nümayəndə heyəti İran İslam Respublikasının keçmiş Prezidenti Həşimi Rəfsancanının yas mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehran şəhərində səfərdə olublar. Nümayəndə heyətinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar İsa Həbibbəyli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələməov, Nəriman Əliyev, Aydın Mirzəzadə və Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev daxil idilər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti