Yol qəzası baş verdi, ölən var

Yol qəzası baş verdi, ölən var
  21 Avqust 2013    Oxunub:1243
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gürcüstan vətəndaşı Rakif Abdullayevin Qaradağ rayonunun Sahil qəsəbəsində idarə etdiyi “Ford” və Ağcabədi rayon sakini Fazil Əliyevin sürdüyü “KamAZ” toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Xəsarət almış sərnişinlər - Sumqayıt şəhər sakini Fazil Əhmədov və paytaxt sakini Ülkər Eminova isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti