İqtisadi inkişaf naziri vətəndaşları qəbul edəcək

İqtisadi inkişaf naziri vətəndaşları qəbul edəcək
  21 Avqust 2013    Oxunub:1396
İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 23-də İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf [email protected] poçt ünvanı və 598-95-10, 493-88-67 (21-42), (050) 359-35-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Qumru Əsgərova), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi (Ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu:(02026)5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı:[email protected]) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti