Ramil Usubov gənc polislərlə görüşüb

Ramil Usubov  gənc polislərlə görüşüb
  20 Avqust 2013    Oxunub:2628
Avqustun 20-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib.
DİN-in mətbuat xidmətindən “AzVision.az-a verilən məlumat görə, tədbiri giriş sözü ilə açan nazir Ramil Usubov Heydər Əliyevin Azərbaycan gəncliyinə olan böyük diqqət və qayğısının onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər siyasəti haqqında" Fərmandan, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunundan və eləcə də ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələr daxili işlər orqanlarında da uğurla həyata keçirilir:

“Bunun məntiqi nəticəsidir ki, hazırda respublikanın daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən sıravi kiçik rəis heyətinin isə 51 faizini gənclərimiz təşkil edir. Sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, təkcə bu ilin ötən dövrü ərzində 1084 nəfər gənc, polis sıralarına qəbul edilərək işlə təmin ediliblər. Bu gün isə daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc, polis kimi şərəfli və məsuliyyətli bir dövlət qulluğunda fəaliyyətə məhz peşə hazırlığı kursu keçdikdən sonra başlayacaq.

Gənc əməkdaşlara çətin və şərəfli olan polis peşəsinin sirlərinin öyrədilməsi, peşəkar və bacarıqlı polis əməkdaşı formalaşdırmaq kimi bu təhsil ocağının üzərinə də böyük məsuliyyət düşür, - deyən nazir qeyd edib ki, məktəbin maddi-texniki bazası daha da yaxşılaşdırılmış, gənc əməkdaşlar üçün beynəlxalq standartlara uyğun lazımi şəraitin yaradılması təmin edilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti