Tramp kürəkəninə yüksək vəzifə verir

Tramp kürəkəninə yüksək vəzifə verir
  10 Yanvar 2017    Oxunub:2355
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında baş müşavir vəzifəsini tutacaq.

Bu barədə CNBC telekanalı məlumat verib. Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti