Həbsxanada qiyam - Ölənlər var

Həbsxanada qiyam - Ölənlər var
  09 Yanvar 2017    Oxunub:2289
Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.

AzVision.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amazonas ştatının ictimai təhlükəsizlik üzrə rəhbəri Serciu Fontes məlumat verib.

Manaus ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində 4 nəfər ölüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.

Son bir həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti