İki on-line qumarxana aşkarlanıb

İki on-line qumarxana aşkarlanıb
  20 Avqust 2013    Oxunub:1035
Bakıda və Sumqayıtda on-line qumarxanalar aşkarlanıb.
AzVision.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Nizami küçəsi ev 31-in zirzəmisində Qəbələ rayon sakini Ruslan Nəhmətovun qanunsuz “on-line” qumar oyunları təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 10 ədəd kompyuter dəsti, 1 ədəd modem və 60 manat pul aşkar edilərək götürülüb.

Həmçinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri Azərbaycan prospekti 4-cü məhəllə ev 14/19-da şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Oraya baxış zamanı 11 ədəd kompyuter dəsti, 1 ədəd qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülüb.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti