Kerri böyük siyasətdən gedir

Kerri böyük siyasətdən gedir
  06 Yanvar 2017    Oxunub:2546
ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-dən sonra dövlət qulluqçusu karyerasını bitirəcəyini bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə Kerri Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

“Mənim dövlət qulluqçusu kimi karyeram başa çatdı”, - deyə Kerri vurğulayıb.

Hazırda 73 yaşı olan Con Kerri 2013-cü ilin fevralından dövlət katibidir və Baraka Obama Administrasiyası ilə birgə istefa verir.

Kerri 30 ilə yaxın müddətdə Massaçusets ştatının senatoru olub. 2004-cü ildə o, Demokratlar partiyasından prezidentliyə namizəd olub, lakin seçkilərdə oğul Corc Buşa məğlub olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti