Lənkəranskinin qətlinin sifarişçisi məlum olub

Lənkəranskinin qətlinin sifarişçisi məlum olub
  05 Yanvar 2017    Oxunub:17362
İstanbulda güllələnən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum olub.
AzVision.az “Rosbalt”-a istinadən xəbər verir ki, azərbaycanlı avtoritet Rəşad İsmayılov “qanqsterlər”in yığıncağında Canıyevin onun əmri ilə qətlə yetirildiyini elan edib.

Cinayətin motivinə gəlincə, Canıyev Rəşad İsmayılovun yaxın dostu, nüfuzlu iş adamı Canpolad Şamiloğlunun qətlinə görə intiqam məqsədi ilə öldürülüb.

C.Şamiloğlunun qətlinin araşdırması zamanı məlum olub ki, cinayətdə iştirak edən iki “killer” “qanuni oğru” Rövşən Lənkəranskinin adamlarıdır.

Xatırladaq ki, Lənkəranski ötən ilin avqustun 18-də İstanbulda güllələnib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti