Putin Obamaya siyasət dərsi keçdi

Putin Obamaya siyasət dərsi keçdi
  30 Dekabr 2016    Oxunub:2271
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, rəsmi Moskva Vaşinqtonun hərəkətlərinə cavab olaraq amerikalı diplomatların ölkədən çıxmasını tələb etməyəcək.
Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir.

Bu arada o vurğulayıb ki, beynəlxalq praktikaya əsasən Rusiyanın cavab addımları atmaq üçün bütün əsasları var. Rəsmi Moskva cavab tədbirləri görmək hüququnu özündə saxlayır, lakin “mətbəx” diplomatiyası səviyyəsinə enməyəcək.

Putin Barak Obama Administrasiyasını addımlarını qeyri dostyana hərəkət kimi dəyərləndirib və bu addımı Rusiya-ABŞ əlaqələrini pozmağa istiqamətlənən təxribat adlandırıb.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN 35 amerikalı diplomatı ölkədən çıxarılacağını bəyan etmişdi. Onlardan 31-i Moskvadakı səfirliyin, 4-ü isə Sankt-Peterburqdakı Baş konsulluğun əməkdaşıdır.

“Təbii ki, biz bunu cavabsiz qoymayacağıq. Qarşılıqlı addımlar diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Ona görə də Rusiya XİN digər nazirliklərin əməkdaşları ilə birgə 35 amerikalı diplomatın personan non-qrata edilməsi ilə bağlı Rusiya prezidentinə müraciət edib”, - deyə Lavrov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti