Daha bir neçə rayonda qaz kəsiləcək

Daha bir neçə rayonda qaz kəsiləcək
  20 Avqust 2013    Oxunub:1116
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Qax, Zaqatala, Balakən rayonlarını təbii qazla təmin edən bütün ölçü qovşaqlarında, “Qazax” Qazpaylayıcı Stansiyasında, “Ağköynək”, “1-ci Şıxlı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Zeytun”, “Zirə əhali”, “Dübəndi bağları” ölçü qovşaqlarında, saat 16:00-dək isə “Zabrat” Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarına, Qazax şəhərinə, Xəzər rayonunun Qala, Zirə qəsəbələrinin bir hissəsinə, Zeytun, Xaşaxuna, Dübəndi bağları adlanan yaşayış sahəsinə, Sabunçu rayonunun Balaxanı, Zabrat I qəsəbələrinə və Zabrat II qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti