Obamadan Rusiyaya zərbə - Putin qəzəblənəcək

Obamadan Rusiyaya zərbə - Putin qəzəblənəcək
  30 Dekabr 2016    Oxunub:2949
ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

Bu barədə Ağ Evin məlumatında bildirilir. Fərmana əsasən, sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar və əhəmiyyətli dərəcədə artmış pisniyyətli kiberaktivliyin qarşısını almaq məqsədi ilə tətbiq edilib.

Məlumata görə, sanksiyalar 6 şəxsi və Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi (BKİ) və BKİ-nin kiber əməliyyatlarını dəstəkləyən şirkətlər daxil olmaqla Rusiyanın 5 təşkilatına şamil edib.

Sanksiya siyahısına BKİ rəhbəri İqor Korobov, onun birinci müavinləri Vladimir Alekseyev və İqor Kostyukov, müavini Sergey Qizunov daxil ediliblər.

Siyahıya həmçinin kiber hücumlarında şübhəli bilinən Aleksey Belan və Yevgeni Boqaçov adlı şəxslər də daxil edilib.

Fərmana əsasən, siyahıya daxil edilən şəxslərin ABŞ ərazisindəki əmlakı həbs olunacaq.

Bundan əvvəl ABŞ-ın 17 xüsusi xidmət orqanlarından bəziləri rusiyalı hakerlərin ölkənin siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilir ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. (APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti