ABŞ-da yenə atışma olub - Ölən və yaralılar var

ABŞ-da yenə atışma olub - Ölən və yaralılar var
  29 Dekabr 2016    Oxunub:1447
ABŞ-ın Corciya ştatında baş verən atışma zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, insident Kolumbus şəhərində baş verib.

Hadisə yerli vaxtla saat 19:00-da qeyd alınıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlayıb.

Qeyd edək ki, daha əvvəl Nyu-Yorkda baş verən atışma zamanı reper Troy Eyv yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti