Bakı-Quba yolunda qəza

Bakı-Quba yolunda qəza
  20 Avqust 2013    Oxunub:963
Bakı - Quba avtomobil yolunun 30-cu kilometrliyində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı avtomobilin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 15:30-da başa çatıb.



Teqlər:





Xəbər lenti