Ermənilər girov götürdüyü vətəndaşı məhkəməyə verib

Ermənilər girov götürdüyü vətəndaşı məhkəməyə verib
  20 Avqust 2013    Oxunub:1088
Erməni sərhədçilər Gürcüstanla sərhəddə daha bir azərbaycanlını döyərək mal-qarasını aparıblar
Dünən Marneuli rayonunun Burma kəndində axşam saat 18 :00 radələrində kənd sakini Vahid Rüstəm oğlu Kərimov inək otararkən 3 erməni sərhədçisinin qəfil hücumuna məruz qalıb.

Bu barədə avqustun 17də girov götürülən Gürcüstan vətəndaşı, Marneuli rayonunun Burma kənd sakini Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov məlumat verib. Onun sözlərinə görə, erməni sərhədçilər Vahidi avtomatın qundağı ilə döyüb, mal-qarasını aparıblar. Vahid Rüstəmov hadisədən sonra Gürcüstan sərhədçilərini xəbərdar edib və onlar mal-qaranı geri qaytarıblar.

Bu arada Allahverdi Pələngovun əsirlikdən azad olunması ilə bağlı Ayaz Pələngov bildirib ki, Ermənistan əmisi oğlunun məsələsini məhkəmə yolu ilə həll etməyə qərar verib:

`Səhər tezdən Gürcüstan gömrük-buraxılış məntəqəsinin qarşısına toplaşaraq, Ermənistan tərəfin onu Gürcüstana təhvil verilməsini gözlədik. Lakin bir az bundan əvvəl məlumat verildi ki, Allahverdi Pələngovun azadlığa buraxılması və yaxud həbs olunmasını Ermənistanın məhkəməsi həll edəcək. Səbəbini bilmirik. Gürcüstan tərəfi də bu barədə məlumatsız olduğunu deyir”.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti