Ucarda ağır yol qəzası, ölən var

Ucarda ağır yol qəzası, ölən var
  19 Avqust 2013    Oxunub:1335
26 yaşlı sürücü həlak oldu
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ucar rayonunda ağır yol qəzası baş verib. Belə ki, rayonun Müsüslü kəndində Hafiz Ənvər oğlu Əliheydərova məxsus “VAZ” markalı minik avtomobili və 1986-cı il təvəllüdlü Rəşad Məhərrəm oğlu Əsədova məxsus “KAMAZ” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə rayonuna cəlb olunub. Ə.Əliheydərovun cəsədi müvafiq qaydada yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti