“Etibar Hüseynovun fikirlərinə hörmətlə yanaşıram”

 “Etibar Hüseynovun fikirlərinə hörmətlə yanaşıram”
  19 Avqust 2013    Oxunub:944
“ Hər hansı bir siyasi təşəbbüsdə olan insanın addımına müxtəlif şərhlər və yanaşmalar olacaq. Bu, heç bir problem yaratmır. Onun fikrinə hörmətlə yanaşıram”.

AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili, prezidentliyə namizəd Zahid Oruc millət vəkili Etibar Hüseynovun facebook statusuna münasibət bildirərkən deyib :

“Hər hansı bir şəkildə bunun yuxarı kradaksiyada müsbət, yaxud ondan aşağı kradaksiyada mənfi mövqelər də düşüncəmi, fiziki baxışlarımı və mübarizəmi təyin etmir, fikirlərimə heç bir mənfi təsir göstərmir. Hər bir kəsin fikrini çox normal qarşılayıram. İstər parlament üzvü kimi, istərsə də vətəndaş kimi insanlar öz mövqelərini söyləməkdə azaddırlar”.

Qeyd edək ki, E.Hüseynov builki seçkilərə müstəqil namizəd kimi qatılan Zahid Orucla bağlı fikirlərini facebook səhifəsində paylaşıb: “Zahid Oruc prezident seçilsə, batdıq.Milli Məclisin duzu qaçacaq vallah...”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti