`Azərbaycanda orta təbəqə 29 faizə çatıb` - Rüfət Aslanlı

  24 Dekabr 2016    Oxunub : 1740
`Azərbaycanda orta təbəqə 29 faizə çatıb` - Rüfət Aslanlı
Azərbaycanda qeyri-neft sektorunun inkişafı 2 dəfə artıb.
AzVision.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, regionların iqtisadi inkişafı getdikcə artır.

“Azərbaycanda hər 100 evdən 62-sində kompüter, 100 nəfərdən 77-nin isə internetə birbaşa çıxış imkanı var. Bu çox böyük göstəricidir. Dünyada gündə 1000-dək iş yeri bağlanır. Bir çox ölkələrdə 2008-2015 illərdə xeyli iş yerləri ixtisar olunub. Azərbaycanda işsizlik azalıb. Son illər yeni iş yerləri açılır və bu proses davam edəcək. Ölkəmizdə iş yerlərinin 72 faizi regionlarda açılıb. Bu insanların gəlirlərinin dayanıqlı formalaşmasını təşkil edir”.

R.Aslanlı qeyd edib ki, Azərbaycanda orta təbəqə 29 faizə çatıb: “Bu göstərici dünyayada 14 faizdir. İqtisadiyyyatla bağlı yol xəritələri hazırlanıb. Hesab edirəm ki, 2017-ci ilin bu günüdə strategiyanın uğurları barədə danışacağıq”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: