Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

  23 Dekabr 2016    Oxunub : 1465
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə Sizin şəxsi töhfəniz Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Əminəm ki, Sizin peşəkarlığınız və zəngin dövlətçilik təcrübəniz Azərbaycanı daha da inkişaf etdirəcək və onun beynəlxalq nüfuzunu yüksəldəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, sağlamlıq və firavanlıq diləyirəm”.

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

`Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və Sizə cansağlığı, şəxsi xoşbəxtlik və uğurlar diləyimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimiz xalqlarımız arasındakı dostluğu ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirməyə və hərtərəfli qarşılıqlı əlaqələrimizi gücləndirməyə xidmət edəcək.

Sizin və ailənizin xoşbəxtliyi, Azərbaycan xalqının inkişafı və rifahı arzularımla yanaşı, cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin`.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakov, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrell, Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviç, “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzVision.az

Teqlər: