Tramp Karlovun qətlində müsəlmanları günahlandırdı

Tramp Karlovun qətlində müsəlmanları günahlandırdı
  22 Dekabr 2016    Oxunub:4392
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Türkiyədə rusiyalı səfirin öldürülməsi və Almaniyadakı terroru qorxunc olay kimi qiymətləndirib.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tramp bu hadisələrdən sonra seçki kampaniyası zamanı müsəlmanlarla bağlı vədində haqlı olduğunu deyib.

Tramp son hadisələrdən sonra müsəlmanların ölkəyə girişinin qadağan edilib-edilməyəcəyi barədə suala cavab verib: “Əvvəldən planlarımı bilirsiniz. Bu olayda yüz faiz haqlı çıxdım. Yaşananlar utancvericidir”.

Yeni prezident, həmçinin Berlin və Ankaradakı hadisələrdən sonra Obama ilə danışmadığını deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti