Masallıda kriminal avtoritetin qardaşı öldürüldü

Masallıda kriminal avtoritetin qardaşı öldürüldü
  21 Dekabr 2016    Oxunub:3244
Masallı rayonunda qətl hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.

Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (Apa)

AzVision.az




Teqlər:  





Xəbər lenti