Dövlət rəsmiləri Arif Mehdiyevlə vida mərasimində - FOTOLAR

Dövlət rəsmiləri Arif Mehdiyevlə vida mərasimində - FOTOLAR
  20 Dekabr 2016    Oxunub:26739
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, AMEA-nın Əsas binasında keçirilən mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, təhsil naziri Mikayıl Cabbarov, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər dövlət rəsmiləri, elm xadimləri iştirak ediblər.



Mərasimdə çıxış edən AMEA prezidenti Akif Əlizadə akademikin elmi fəaliyyətindən, Azərbaycan elmindəki rolundan söz açıb. Bildirib ki, Azərbaycanda fizika elminin inkişafında Arif Mehdiyevin böyük xidmətləri olub:

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov isə bildirib ki,,Arif Mehdiyev vəfatı Azərbayacan elminə, təhsilinə böyük itkidir.

“Biz tez-tez görüşürdük. O, çox intellektual adam idi. Öz sahəsi ilə yanaşı bizim sahələri, dünya ədəbiyyatını gözəl bilirdi. Onun yoxluğu elmimiz üçün, Ali Attestasiya Komissiyası üçün böyük itkidir”.



AMEA-nın vitse-prezidenti, filologyia elmləri doktoru İsa Həbibəyli deyib ki, Arif Mehdiyev Azərbayacanda dəqiqi elmlərlə humanitar elmlər arasında qızıl ortaqlığı tapan, böyük körpü funkisyasını yetirən görkəmli alim olub.

“Arif müəllim bu missiyada elmin ağsaqqalllarindan biri kimi görünürdü. Azərbayacanda eyni zamanda elmi kadrların hazırlanmasında, istiqamətləndirilməsində böyük xidmətləri olub. O elmin regionlarda da inkişafı üçün böyük xidmətlər göstərib. Yüzlərlə insanın namizədlik diplomunda Arif müəllimin adı var. Onlar ömür boyu bunu xatırlayacaqlar”.



Daha sonra mərhum akademikin qardaşı Ülvi Mehdiyev çıxış edib. O, prezident İlham Əliyevə akademikə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Vida mərasimindən sonra A. Mehdiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.





Qeyd edək ki, Arif Mehdiyev ötən gün 82 yaşında vəfat edib. O, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Fizika-riyaziyyat elmləri doktoru olan akademik 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olub.

Arif Mehdiyev "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.



















Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti