Ukraynada müharibə yenidən başladı - 25 ölü

Ukraynada müharibə yenidən başladı - 25 ölü
  20 Dekabr 2016    Oxunub:3070
Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
AzVision.az Sputnik-ə istinadən xəbər verir ki, Rusiya tərəfdarı olan silahlı qruplarla Ukrayna əsgərləri arasında şiddətli döyüşlər başlayıb.

Nəticədə 20 nəfər Rusiya tərəfdarı və 5 ukraynalı əsgər həlak olub.

Tərəflər atəşkəsin pozulmasında bir-birlərini təqsirləndiriblər.

Ukraynanın Müdafiə Nazirliyi iddia edir ki, Debaltsevdəki rusiyayönümlü silahlı dəstələr ukraynalı əsgərləri 2 saat aralıqsız atəşə tutub. Donbass bölgəsində Rusiya tərəfdarları ilə Ukrayna qüvvələri arasında toqquşmaların başladığı 6 aprel 2014-cü ildən indiyədək 10 mindən çox insan dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti