Putin sorğu-sual ediləcək

Putin sorğu-sual ediləcək
  20 Dekabr 2016    Oxunub:6210
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandıracaq.
AzVision.az-ın məlumatına görə, canlı yayım dekabrın 22-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayacaq.

Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandıracaq.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti