Rusiyanın Türkiyədəki səfiri güllələndi - İlk görüntülər (YENİLƏNDİ) + İNFOQRAFİKA

Rusiyanın Türkiyədəki səfiri güllələndi - İlk görüntülər (YENİLƏNDİ) + İNFOQRAFİKA
  20 Dekabr 2016    Oxunub:63019
Rusiyanın Türkiyədəki səfirinə qarşı sui-qəsd olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfir Andrey Karlov iştirak etdiyi sərgidə silahlı hücuma məruz qalıb. Sui-qəsd zamanı ağır yaralanan diplomat xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.



(20:22)

***

"Hurriyet"-in verdiyi məlumata görə, hücum radikal islamçılar tərəfindən həyata keçirilib. Məlum olub ki, səfiri güllələyən şəxs sərgi salonuna saxta polis vəsiqəsi ilə daxil olub. Silahlı şəxs "Biz sizin kimi Hələbdə günahasız insanları öldürmürük" deyərək səfirə ən azı 6 dəfə atəş açıb.



(20:38)

***

Hadisənin baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. İlkin ehtimallara görə, Rusiya səfirinin güllələnməsi sabah Mosvkada keçiriləcək Suriya ilə bağlı görüşün qarşısını almaqdır.

Qeyd edək ki, dekabrın 20-da Moskvada Rusiya, İran və Türkiyənin müdafiə nazirlərinin görüşü olacaq.

Görüşdə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi və Suriya probleminin nizamlanması məsələləri müzakirə olunacaq.



(20:49)

***

Bu dəqiqələrdə Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gəlib. Məlumata görə, silahlı şəxs artıq zərərsizləşdirilib. Nazir hadisənin araşdırılması ilə bağlı tapşırıqlar verib.



(20:57)





AzVision.az


Teqlər:  





Xəbər lenti