`Rusiya zəif ölkədir` - Obamadan sərt mesaj

`Rusiya zəif ölkədir` - Obamadan sərt mesaj
  17 Dekabr 2016    Oxunub:2342
"Rusiya qaz, neft və silahdan başqa heç nə istehsal etməyən zəif ölkədir".

AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama çıxışı zamanı deyib. Onun sözlərinə görə, prezidentliyinin ilk günündən Rusiyaya olan prinsipial münasibəti dəyişməyib:

“Suriyada baş verən hadislərin məsuliyyətini Bəşər Əsəd rejimi və onun müttəfiqləri olan Rusiya ilə İran daşıyır. Onların əllərində Suriyadakı qətliamların qanı var. ABŞ müxtəlif yollarla Suriyadakı vətəndaş müharibəsinin həllinə çalışıb. Dünyanın harasında olursa olsun, müharibə səbəbindən bir uşağın ölümünə görə öz üzərimdə məsuliyyət hiss edirəm”.

Obama Rusiyanın ABŞ-dakı seçkilərə haker hücumları vasitəsi ilə müdaxilə etməsini tənqid edib və bildirib ki, Rusiya dərhal buna son qoymalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti