Bu gün aprel şəhidinin ad günüdür - FOTOLAR

Bu gün aprel şəhidinin ad günüdür - FOTOLAR
  17 Dekabr 2016    Oxunub:18691
Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin üzvü Məhəbbət Mirzəyevin doğum günüdür.

AzVision.az-ın məlumatına görə, Mirzəyev Məhəbbət Ədalət oğlu 16 dekabr 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

Orta məktəb illərində "Şahinlər", "Cəsurlar" hərbi oyunlarında fəal iştirakı ilə seçilib. 1 may 2012-ci ildə orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra 2012-ci il iyulun 9-da Beyləqan rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik müddətini Biləcəri və Gəncədə N-saylı hərbi hissələrdə keçib. 2014-cü il yanvar ayının 1-də əsgərlik xidmətini bitirdikdən sonra vətənə xidmətini Beyləqan rayon N-saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi davam etdirib.

Bir müddət burda xidmət etdikdən sonra kəşfiyyata olan marağı onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılmağa vadar edib. O, bu kursu uğurla keçib və dəfələrlə gizli döyüşlərdə şücayət göstərib. 2015-ci il avqust ayının 18-i Çin Xalq Respublikasına xüsusi təlim kursuna gedib və orada atıcı-snayper kimi ixtisaslaşıb. Eyni zamanda Kitay-Uşusu idman növünü öyrənib. Həmin kursu yüksək nəticə və fərqlənmə ilə bitirdikdən sonra vətənə dönərək xidmətini davam etdirib.

Məhəbbət Mirzəyev aprelin 4-də Talışkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu rayonda torpağa tapşırılıb.

Ölümündən sonra döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli medalla təltif olunub.









Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti