Kerri Türkiyədən üzr istədi

Kerri Türkiyədən üzr istədi
  17 Dekabr 2016    Oxunub:2932
ABŞ Dövlət Katibi Con Kerri və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyədən üzr istəyib.

AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu addım Türkiyənin İŞİD terror təşkilatından neft alması iddiaları ilə bağlıdır.

2014-cü ildə Con Kerri verdiyi açıqlamalarda Türkiyəni İŞİD-dən Suriya ərazisindən çıxarılan nefti almaqda ittiham etmişdi.

Bunun əvəzində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ittihamları təsdiq edən sənədlərin göstərilməsini tələb etmişdi.

ABŞ tərəfinin təqdim etdiyi sənədlər isə tikinti yüklərini daşıyan maşınların fotogörüntüləri olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti