KTMT-dan Qarabağla bağlı açıqlama

KTMT-dan Qarabağla bağlı açıqlama
  15 Dekabr 2016    Oxunub:2633
“Qaynar nöqtələr, qanunsuz narkotik dövriyyəsi, terrorizm, Qərbin Rusiya və müttəfiqləri ilə faktiki qarşıdurması növbəti ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin təhlükəsizliyinə təsir edəcək”.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Nikolay Bordyuja deyib.

“Mən üzləşəcəyimiz üç kateqoriyadan ibarət olan problemləri görürəm. Birincisi, qaynar nöqtələr və ya nizamlanmamış münaqişələr: Donbass, Dnestryanı, Qarabağ, Əfqanıstan, Suriya, İraq, Yəmən. İkinci kateqoriya - texnogen xarakterli fövqəladə hallar, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və ənənəvi xarakterli problemlər.

Problemlərin üçüncü kateqoriyası faktiki olaraq bu gün terrorizmlə mübarizə üzrə Qərblə Rusiya və müttəfiqlərinin kontingentlərinin, ağır silahların, ağır texnika, hərbi infrastrukturun yaradılması, iqtisadi sahədə qarşılıqlı fəaliyyətin olmaması, qarşıdurmaların faktiki olaraq Rusiya Federasiyasının ətrafına daşınmasıdır. Bütün bu problemlər bu və ya digər dərəcədə KTMT ölkələrinin təhlükəsizliyinə təsir göstərir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti