Azərbaycanda 42 xəstəyə sümük iliyi köçürülüb

Azərbaycanda 42 xəstəyə sümük iliyi köçürülüb
  14 Dekabr 2016    Oxunub:1611
“Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 134 656 nəfər müayinədən keçib. Onların 4358 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb”.
AzVision.az xəbər verir ki, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, müayinədən keçən 32-i cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib:

“2016-cı il ərzində Respublika Talassemiya Mərkəzinə 21009 müraciət daxil olub. Bunlardan 2749 nəfəri ilk dəfə müraciət edənlər olub və 276 nəfəri dispanser qeydiyyatına alınıb. Hazırda mərkəzdə dispanser qeydiyyatında olan 2862 xəstə müalicə alır və dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Hemotologiya şöbəsində isə il ərzində 489 xəstə stasionar müalicə alıb”.

Mərkəzinin direktoru əlavə edib ki, Sümük İliyi Transplantasiya şöbəsində bu il 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib:

“2014-cü ildən bu günədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Mərkəzin ümumi laboratoriyasında il ərzində 17 min 500 nəfər müayinələrdən keçib. 217 nəfərdə uyğunluq müalicəsi aparılıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti