Gəncə “Avropa gənclər paytaxtı” iddiasındadır

Gəncə “Avropa gənclər paytaxtı” iddiasındadır
  19 Avqust 2013    Oxunub:1162
Gəncə şəhəri 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsi üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədəki iddiasını davam etdirir.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfəro bildirib ki, Gəncə müsabiqənin final mərhələsində Badajoz (İspaniya), Qalvay (Şimali İrlandiya), La Lagina (İspaniya), Varna (Bolqarıstan) və Vilnüs (Litva) şəhərləri ilə birlikdə mübarizə aparır.

Cənubi Qafqaz regionundan Tbilisi və Batumi şəhərləri müsabiqəni vaxtından əvvəl tərk ediblər.

“Avropa gənclər paytaxtı” yarışmasının son turu 2016-cı il noyabr ayının 23-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.(azərtac)


Teqlər:





Xəbər lenti