Milli Şuranın mitinqində təxribat

Milli Şuranın mitinqində təxribat
  19 Avqust 2013    Oxunub:856
Milli Şuranın keçirdiyi mitinqdə bəzi iştirakçılar şəhid ailəsinin adından istifadə edərək təxribata əl atıblar.
Mitinqdə təhlükəsizliyi təmin edən polis əməkdaşlarından birinin verdiyi məlumata görə, 5 nəfər guya övladları şəhid olmuş ailələrinin üzvləri kimi təqdim edərək razılaşdırılmış mitinqin müəyyən olunmuş məqsədindən kənar çağırışlar və şüarlar səsləndiriblər.

Bununla da mitinq iştirakçılarını təxribata sövq ediblər. Ona görə də onlar saxlanılıb, şəxsiyyətləri müəyyən edilib və aydın olub ki, onların heç biri şəhid ailəsi deyil və sadəcə əvvəlcədən planlaşdırıldığı kimi təxribat törətməyə cəhd ediblər.

Polisin verdiyi məlumata görə, bunların 4-ü qadın, biri kişidir.


Teqlər:  





Xəbər lenti