BVF-nin rəhbəri həbs oluna bilər - Məhkəmə başladı

BVF-nin rəhbəri həbs oluna bilər - Məhkəmə başladı
  13 Dekabr 2016    Oxunub:1821
Parisdə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardın məhkəməsi başlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Laqard ona qarşı irəli sürülən ittihamları rədd edib, özünü təqsirli bilmədiyini deyib.

Laqard Fransanın maliyyə naziri olduğu dövrdə milyonçu Bernar Tapiyə kompensasiyanın ödənilməsində səhlənkarlığa yol verməkdə ittiham edilir.

Qeyd edək ki, günahı sübuta yetirildiyi halda 60 yaşlı Kristin Laqardı 1 ilədək həbs cəzası gözləyə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti