Referendum başa çatdı - Yenilənib

Referendum başa çatdı - Yenilənib
  12 Dekabr 2016    Oxunub:2328
Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) başa çatıb.

Qırğızıstan Prezidenti Almazbek Atambayev Bişkekdəki 1209 nömrəli məntəqədə səs verib.

Dövlət başçısı jurnalistlərə bildirib ki, Konstitusiyaya təklif edilən düzəlişlər ölkənin müstəqilliyini daha da möhkəmləndirəcək, demokratiya və xalqın hakimiyyətini gücləndirəcək.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldobekava deyib ki, ölkədə 2330 səsvermə məntəqəsi fəaliyyət göstərib. O qeyd edib ki, düzəlişlərin lehinə 912 min 268 nəfər səs verib ki, bu da vətəndaşların 79.67 faizi deməkdir. Qırğızıstan qanunlarına görə isə səsvermə hüququ olan vətəndaşların 30,41 faizi səs verdikdə referendum baş tutmuş hesab edilir.

Dəyişikliklər ölkədə parlamentarizmin möhkəmləndirilməsi, Baş nazirin səlahiyyətlərinin artırılması, Baş nazirin və müavinlərinin, eyni zamanda, deputat seçilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.

Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev MDB və TürkPA missiyası tərkibində referendumu izləyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da referendumu izləyən müşahidəçilər arasında olublar. (Azərtac)

***

Qırğızıstanda Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı keçirilən referendum baş tutub.

Bu barədə ölkənin Mərkəsi Seçki Komissiyası bildirib. Məlumatda qeyd edilir ki, səsvermədə 30% çox seçici iştirak edib.

***

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) keçirilir. Səsvermə məntəqələri yerli vaxtla saat 8.00-da açılıb.

Ölkə qanunlarına görə, seçki hüququ olan vətəndaşların 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş sayılır.

Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev referendumun gedişini MDB və TürkPA missiyası tərkibində izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da müşahidəçilər arasındadır.

Xatırladaq ki, Qırğızıstan müstəqilik əldə etdikdən sonra Konstitusiyaya indiyədək yeddi dəfə düzəliş olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti