Milli Şuranın toplaşacağı yer açıqlandı

Milli Şuranın toplaşacağı yer açıqlandı
  18 Avqust 2013    Oxunub:909
Mətbuat üçün keçiriləcək brifinqin də vaxtı elan edilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası avqustun 19-u, saat 15.00-da Müsavat Partiyasının qərargahında işə başlayacaq. Sessiyanın gündəliyinə Milli Şuranın prezident seçkilərində iştirakı, təşkilatı və cari məsələlər daxildir. Sessiyanın yekunları ilə bağlı mətbuat üçün brifinq saat 18.00-da keçiriləcək.


Teqlər:  





Xəbər lenti