Mitinqdə 10 yaşlı uşaqların iştirakı ilə bağlı - Rəsmi açıqlama

Mitinqdə 10 yaşlı uşaqların iştirakı ilə bağlı - Rəsmi açıqlama
  18 Avqust 2013    Oxunub:1661
“Bu gün Milli Şuranın saat 17:00-da keçiriləcək mitinqində 10 yaşından yuxarı uşaqların iştirakına icazə verilməsi ilə bağlı hər hansı bir fikrim olmayıb”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov Mitinq Komitəsinin rəhbəri Asəf Quliyevin dünən mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Rəis müavininin sözlərinə görə, ümumiyyətlə mitinqdə seçki hüququ olan insanlar iştirak edə bilər: “18 yaşı tamam olan şəxslər mitinqə qatıla bilər. Çünki mitinq seçki ilə bağlıdır və seçki hüququna malik olan insanlar ora getməlidir. Yaşı 10-dan yuxarı olan uşaqların icazəsi ilə bağlı söylənilən fikirlər doğru deyil. Mən belə fikir səsləndirməmişəm".

Qeyd edək ki, dünən Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev mətbuat konfransında mitinqlə bağlı BŞPİ-nin İdarəsinin rəis müavini Səhlab Bağırov, Bakı Şəhər Prokurorluğunun müavini Fazil Həsənəliyevlə görüşdüyünü bildirib:

"Görüş zamanı bizə dedilər ki, biz mitinqin təhlükəsizliyini müdafiə edəcəyik. Qalan məsələlər isə bizim səlahiyyətimizdə deyil. Gələcəkdə isə Dərnəgül dairəsində mitinqlərin keçirilməsinə şərait yaradıla bilər. Camaat rahat şəkildə meydana buraxılacaq. Bu il razılaşdırılıb ki, 10 yaşından yuxarı uşaqlar mitinqə girə biləcək. 10 yaşından aşağılar isə jurnalistlər üçün tikilən binanın parkında olacaq".



Teqlər:  





Xəbər lenti