Misirdə saxlanılan jurnalistlərdən biri buraxıldı

Misirdə saxlanılan jurnalistlərdən biri buraxıldı
  18 Avqust 2013    Oxunub:793
Misirdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan iki türk müxbirdən biri azadlığa buraxılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Anadolu Agentliyinin (AA) müxbiri Hiba Zəkəriya Qahirədə Tora həbsxanasında 8 saat saxlanıldıqdan sonra azad edilib.

Azadlığa çıxan Hiba Zəkəriya açıqlama verərkən bildirib ki, onunla birlikdə 27 qadın da buraxılıb.

Qeyd edək ki, AA muxbiri Hiba Zəkəriya və TRT muxbiri Mətin Turan başqa bir neçə jurnalistlə birlikdə Ramzes meydanəndakı nümayişlərdə saxlanılmışdı.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti