`ATƏT Qarabağda müharibənin qarşısını aldı` - Ştaynmayer

`ATƏT Qarabağda müharibənin qarşısını aldı`  - Ştaynmayer
  08 Dekabr 2016    Oxunub:2093
"Bu il Dağlıq Qarabağda münaqişənin gərginləşməsi Avropa məkanında sülhün nə qədər həssas olduğunu göstərdi.
AzVision.az xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Hamburqda Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, Hamburqdakı iclasda bütün münaqişələri həll etmək mümkün olmasa da, ATƏT məkanında münaqişələrin həlli mexanizmlərinin gücləndirilməsi vacibdir: “ATƏT Dağlıq Qarabağ, Ukrayna münaqişələrinin həlli istiqamətində mükəmməl iş aparır. Bəzi hallarda ATƏT bu münaqişələrin açıq müharibə vəziyyətinə gəlməsinin qarşısını alıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti