Lavrov və Kerri Romada görüşüb

Lavrov və Kerri Romada görüşüb
  03 Dekabr 2016    Oxunub:1440
İtaliyanın paytaxtı Romada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri arasında görüş olub.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.

“Dövlət katibi Suriyadakı vəziyyət, xüsusilə Hələbdə mülki vətəndaşlara davam edən hücumlarla bağlı narahatlığını bildirib” - deyə Trüdo vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti