Türkiyədə dollar və avro kəskin bahalaşır - Yenilənib

  02 Dekabr 2016    Oxunub : 3911
Türkiyədə dollar və avro kəskin bahalaşır - Yenilənib
Türkiyədə dollar daxili siyasətdəki proseslərin təsirilə 3.59 liranı aşaraq tarixi rekordunu təzələyib.
AzVision.az xəbər verir ki, bundan başqa, avro da 3 lirə 83 (kuruş) qəpik olaraq tarixi rekordunu yeniləyib.

**

Türkiyə birjasında dollar bahalaşmaqda davam edir.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ABŞ dolları səhər saatlarında 3.50 səviyyəsini ötərək tarixi rekord qırıb.

Son bir ayda lirə təxminən 40 qəpik ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir - 3.7363.

Dolların bahalaşması ilə bağlı Türkiyə hökuməti təcili iclas keçirəcək. İqtisadiyyat Koordinasiya Şurası bu gün Baş nazir Binalı İldırım sədrliyi ilə Çankaya Köşkündə toplantı keçirəcək.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: