Rusiyanın hərbi bazası Qırğızıstandan çıxarılır

Rusiyanın hərbi bazası Qırğızıstandan çıxarılır
  01 Dekabr 2016    Oxunub:1845
“Rusiya Qırğızıstanın strateji tərəfdaşı qalacaq, lakin hərbi planda ölkə öz qüvvələrinə söykənməlidir”.
AzVision.az xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya hərbi bazası ölkə ərazisindən çıxarılmalıdır:

“Müqavilə müddəti bitdikdən sonra Rusiya öz bazasını Qırğızıstan ərazisindən çıxarmalıdır. Ola bilsin ki, bu, kiməsə xoş gəlməyə bilər. Lakin mən bu fikri Rusiya prezidentinin (Vladimir Putin-red) diqqətinə çatdırdım və o məni başa düşdü”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti