Atambayev prezidentlikdən gedir

Atambayev prezidentlikdən gedir
  01 Dekabr 2016    Oxunub:1722
Qırğızıstan prezidenti Almazbek Atambayev bir ildən sonra postunu tərk edəcək.
AzVision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident özü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün artıq prezident kimi fəaliyyətimdən 6 il ötür. Zaman tez keçir və düşünürəm ki xalqın köməkliyi ilə biz çox nəaliyyətlər əldə etmişik. Hazırda bizim ölkəmiz tamam dəyişib. Bir ildən sonra prezidentlik postundan gedəcəm və iki-üç ildən sonra hansı işlər gördüyümüz bəlli olacaq”.

Atambayev növbəti ildə xalqın kimi seçəcəyini bilmədiyini qeyd edib: “Əsas odur ki, inkişamızı geri aparmasın. Gördüyünüz kimi bu posta namizədlər çoxdur. Seçkiləri oktyabrda etmək lazımdır. Təbii ki, əgər qanunvericilik buna imkan versə. Sistemli şəkildə işləyənlər xoşuma gəlir. Mən bir neçə namizəd görürəm, amma indi onların adlarını deməyəcəyəm”.

Qeyd edək ki, A.Atambayev 2011-ci ildə Qırğızıstan prezidenti seçilib. Onun prezidentlik dövrü 2017-ci ilin sonunda bitir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti