İİV-ə ən çox bu insanlar yoluxur - 4 əsas risk qrupu

İİV-ə ən çox bu insanlar yoluxur - 4 əsas risk qrupu
  30 Noyabr 2016    Oxunub:2427
Azərbaycanda İİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var. Bunlar məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlardır.
AzVision.az xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, 2015-ci ildə bu 4 risk qrupu arasında monitorinq keçirilib və onlar arasında QİÇS-ə yoluxma halının azaldığı müşahidə edilib.

“Eyni zamanda 2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları risk qrupuna daxil idi. Lakin biz küçə uşaqları arasında kəşfiyyat epidomoliji nəzarət tədbiri həyata keçirdik. Onlar arasında İİV-ə yoluxma halı müəyyən edilməyib. Ona görə də küçə uşaqlarını risk qrupundan çıxardıq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti